Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

3 il əvvəl qaçırılan avtomobil tapıldı

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb.

Yenicag.az Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 26-da saat 11 radələrində 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılan Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb.

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1462
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM