3 illik övlad həsrəti çəkən ailə üçəmlə sevindi

unnamedTovuz sakini Gəncədə üçəm dünyaya gətirib.

ARB Kəpəz xəbər verir ki, Abbas Səhhət adına şəhər Xəstəxanasında doğulanlardan 2-i qız, 1-i oğlandır.

Bu Əlibəyli kənd sakini Gülər Məmmədovanın 3 ildən sonra ilk hamiləliyi olub. Üçəmlərin sağlam olduğu bildirilir.