3 kişi bir-biriləri ilə evləndi – Fotolar

Kolumbiyada qeyri-adi hadisə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 3 kişi bir-biri ilə evlənib.

Bunlar Manuel Xose Bermudes, aktyor Viktor Huqo Prada və idmançı Con Aleksandro Rodriqezdir. Məsələ ilə bağlı açıqlama verən trionun vəkili Rinkon Perfetti Kolumbiyada belə cütlüklərin çoxluq təşkil etdiyini, lakin, hüquqlarını müdafiə etdiyi şəxslərin rəsmi nikaha girməklə ölkədə ilkə imza atdıqlarını bildirib.

Qeyd edək ki, ötən il Kolumbiyada eynicinslilərin nikahı qanuniləşdirilib.

Yenicag.az