3 milyonluq toy

jloHollivudun məşhur simalarından olan Cenifer Lopez yeni sevgilisi Kasper Smartla ailə həyatı qurmağa hazırlaşır.

Bu barədə onun rəfiqəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, cütlük artıq toy hazırlıqlarına başlayıb: “Cenifer əmindir ki, Kasper onun ikinci yarısıdır. O toylarının ideal olması üçün külli miqdarda pul xərcləməyə hazırdır”.

Nəşr iddia edir ki, Lopez bu hazırlıqlara 3 milyon dollar xərcləyəcək və toy bu ilin dekabrında baş tutacaq. Lakin toyun təşkil olunacağı yer hələki açıqlanmır. Cütlüyün iki variant – Havay adaları və Puerto-Riko üzərində düşündükləri deyilir.