3 ölkənin XİN rəhbəri Azərbaycana gəldi – FOTO

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.

Yenicag.az-ın məlumatına görə, bu barədə B.Auresku “Twitter”də yazıb.

B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:

“Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var”.