3 otaqlı ev kül oldu

Goranboyda yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 22 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.