3 otaqlı ev yanıb kül oldu – VİDEO

Ağcabədinin Hacıbədəlli kəndində yanğın olub.

ARB TV xəbər verir ki, hadisə ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə tikilinin dam örtüyünün 70 m²-lik hissəsi içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu ilə birgə yararsız hala düşüb.

FHN əməkdaşları əraziyə cəlb ediliblər. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev alovdan mühafizə olunub.