3 qanuni oğru saxlanıldı

vor_v_zakonefdefrerdcfvgbh9Dünən Rusiya DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən üç “qanuni oğru”nun görüşünə basqın edilib.

Yenicag.az aznews-a  istinadən xəbər verir ki, “Sxodka”da 55 yaşlı Andrey Voznesenski (Xobot), 49 yaşlı Vaqif Süleymanov (Vaqif Bakinski), 36 yaşlı Rəşad İsmayılov (Rəşad Gəncinski) iştirak edib.

Onların üzərində qanunazidd heç nə tapılmayıb. Buna görə də polislər kriminal aləmin üzvləri ilə profilaktik söhbət aparmaqla kifayətlənməli olublar.