Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.
Həmin kəndin 1984-cü il təvəllüdlü sakini Novruzov Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.
Bakı şəhərində işləyən G.Quliyev bu gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.
Faktla bağlı araşdırma aparılır. (Report)