Fransa, Almaniya və Polşa xarici işlər nazirləri Veymar üçbucağı çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər.
Yenicag.az xəbər verir ki, bəyanatda Cənubi Qafqazdakı vəziyyətə toxunulub.
Sənəddə deyilir: “Biz Cənubi Qafqazda ədalətli və davamlı sülhə çağırırıq və Ermənistan və Azərbaycan arasında dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı və Birləşmiş Ştatların vasitəçilik səylərini dəstəkləyirik. Biz Cənubi Qafqaz dövlətlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik”.