!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

33 yaşlı gənc qatarın altında qaldı

!Reklam – Yazi

qatar52Bu gün səhər saatlarında Siyəzəndə 1 nəfərin qatarın altında qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, saat 05:10 radələrində Siyəzən rayonunun Gilgilçay stansiyasında, 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. “Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post – travmatik şok” diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub.

Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

 

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv