3 yaşlı uşağa qarşı – Soyğunçuluq

imagesGəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Kəpəz rayonu, 4-cü mikrorayonun ərazisində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini, 2013-cü il təvəllüdlü Gülay Tahirlinin qızıl sırğasını açıq talama yolu ilə alıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilib. S.Quluzadə tutulub.(APA)