3 yaşlı uşağı avtomobil vurdu

Salyanda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı xalasının nəzarətindən çıxaraq qaçıb. Elə bu zaman hərəkətdə olan “QAZ-31” markalı avtomobil azyaşlını vurub. L.Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/