3 yaşlı uşağı döyərək öldürən ögey ata edam edildi

İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib.

Yenicag.az xəbər verir ki, ötən ilin oktyabrında ögey ata 3 yaşında uşağı döyərək öldürüb. Azyaşlının bədənində siqaretlə yandırma izləri də aşkar edilib.

Hadisəni törədən şəxs məhkəmədə ifadəsində uşağı öldürmək istəmədiyini, sadəcə qorxutmaq niyyətində olduğunu deyib.(Trend)

COP29