!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

30 ildə 90 qadın öldürən 78 yaşlı qatil: FTB-dən açıqlama

!Reklam – Yazi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qatil Samuel Littlenin öldürdüyü qadınların şəxsiyyətini təyin etmək üçün fotoları ictimaiyyətlə paylaşıb.

Yenicag.az xəbər verir ki, 78 yaşlı qatil 30 il müddətinə 90 nəfəri öldürdüyünü etiraf edib.

Little törətdiyi cinayətlərə görə, ömürlük həbs cəzası alıb. Qatil bu cinayətlərini 1970-2005-ci illər arasında ABŞ-da həyata keçirib. FTB araşdırmalarına görə, qatil Littlenin əsasən kimsəsiz qadınları hədəf alıb.

FTB öldürülən qadınların kimliyini təsdiq etmək məqsədilə qatil tərəfindən onların çəkdiyi fotoları ictimaiyyətə təqdim edib:

Kaliforniyada 23-25 yaşında olan və 1996-cı ildə öldürülən ağbəniz qadının kimliyini FTB müəyyən edə bilməyib.

Başqa bir xanım isə 1984-cü ildə qatil tərəfindən Ohayoda öldürülüb və cəsədini şimali Kentuckidə basdırıb.

20-25 yaşlarında olan ağ dərili qadın isə 1972-ci ildə öldürülüb.

26 yaşlı qaradərili və adı bəlli olmayan xanımı isə qatil 1979-cu ildə öldürüb.

Təxminən 15-ə yaxın foto paylaşan FTB hesab edir ki, Little ABŞ tarixində ən böyük “silsiləli qatil” ola bilər./Teleqraf.com/

www.yenicag.az

1019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv