30 min manatdan çox pul oğurlayan şəxslər yaxalandı

Şirvan rayonunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 13 190 manat, 10 450 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılıblar.