Meksikanın şimali-şərqində Nuevo-Leon ştatının prokurorluğunun əməkdaşları təxminən 31 min insan qalığı aşkar ediblər, Excelsior bildirib.
Qalıqlar Salinas-Viktoriya rayonunda rançoların birində güclü yağışlardan sonra tapılıb. Onların narkokartellərin oğurlanmış qurbanlarına aid olduğu ehtimal edilir.
Nəşr “Vətəndaşlar insan haqları naminə” qeyri-hökumət təşkilatının nümayəndəsi Konsuelo Moralesin sözlərindən sitat gətirir:
“Qalıqlar qarışıq haldadır, ona görə də onların neçə adama məxsus olduğu məlum deyil”.
O əlavə edib ki, prokurorluğun mütəxəssisləri ekspertiza aparır, genetik profilləri müqayisə edirlər.
“Vətəndaşlar insan haqları naminə” qeyri-hökumət təşkilatı son dörd il ərzində 967 itkin düşmüş insan haqqında ərizə qeydə alıb. Yalnız 142 nəfərin taleyi haqqında məlumat əldə edilib, qalanları haqqında hələ də heç bir məlumat yoxdur(oxu).