!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

30 saat yatan çoban kəndi ayağa qaldırdı – Video

!Reklam – Yazi

30-saat-uyuyan-coban-koyu-ayaga-kaldirdi-7564034_x_8819_300Türkiyənin Muş şəhərində maraqlı olay baş verib.

Yenicag.az xəbər verib ki, qoyunları yaylağa otarmağa aparan Hatip Tan adlı çoban uzun müddət geri dönmədiyi üçün yaxınları ciddi narahatlıq keçirib.  500 baş qoyunun bir qismi kəndə qayıtsa da, çoban qayıtmayıb. Bu səbəbdən kənd sakinləri  onun axtarışlarına başlayıb.

Uzun sürən axtarışlardan sonra çoban yaylaqdakı kiçik bir daxmada yatmış halda tapılıb. Onun sağ-salamat olduğu müəyyənləşib.

Dərin yuxudan oyanan çoban  çox yorğun olduğu üçün 30 saata yaxın yatdığını bildirib. Üstəlik də deyib ki, əgər onu axtarıb-tapmasaydılar daha 30 saat yata bilərdi.

Hatip Tan adlı çobanın belə uzun müddət yuxu yatmasına səbəb isə, itkin düşən qoyunların axtarışı olub. Belə ki, bu axtarışlardan çox yorulan çoban birazca mürgüləməyə qərar verib. Onun bu mürgüsü nə az nə çox düz 30 saat çəkib.

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv