30 yaşlı gənc intihar etdi

Biləsuvar sakini intihar edib.

Yenicag.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Həmin kənd sakini, 1988-ci il təvəllüdlü Vüqar Şöhrət oğlu Əliyev həyatına qəsd edib.

Mərhumun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, V. Əliyev ailəli olub, bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

COP29