30 yaşlı kişi bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. 30 yaşlı Kərimov Cavanşir Fazil oğlunun naməlum şəxslə mübahisəsi düşüb. Mübahisə zamanıda həmin şəxs bıçaqla Cavanşir Kərimova bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçlb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Əməliyyat olunan Cavanşir Kərimov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olduğundan polis onun ifadəsini ala bilməyib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Yenicag.az