30 yaşlı kişi dəm qazından boğuldu

Tərtərdə 30 yaşlı kişi dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsi, bina 40-da baş verib.

Həmin ünvanda kirayə yaşayan, İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Yunis Muradov mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri aparılır.

COP29