30 yaşlı kişi toyda bəyin qohumları tərəfindən döyüldü – Sumqayıtda
Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Piriyev Vüqar Nazim oğlu “Dörd qardaş” adlı restoranda bəyin qohumları tərəfindən möhkəm döyülüb.
O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.