300 azərbaycanlı 4 gündür idman zalında yatır – Video

Rusiyadan Azərbaycana deportasiya edilən vətəndaşlarımızın görüntüləri yayılıb.

Yeniçağ.az Bizimyol-a istinadən xəbər verir ki, videoda deportasiyasını gözləyən azərbaycanlıların 4-gündür çətin vəziyyətdə olduğu görünür.

Dərbənddə yerləşən Dağıstan üzrə Federal Miqrasiya Xidmətinin İdarəsində 4 gündür saxlanıldığı deyilən azərbaycanlılar ac və susuz olduqlarını deyiblər. İdman zalında məcburi saxlanıldıqlarını deyən azərbaycanlılar yatmaq üçün heç bir lazımi ləvazimatın olmadığını bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

https://youtu.be/bv8mugK3fHc

 

Yeniçağ.az