Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi (AVİM) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar birgə elmi məqalə müsabiqəsi elan ediblər.
Yenicag.az xəbər verir ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından irəli gələn məsələlər barədə beynəlxalq elmi ictimaiyyətə daha geniş məlumat verməkdir. Martın 22-dək qəbul ediləcək məqalələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaqlar./AZƏRTAC/