31 yaşlı kişi kilsədə intihar etdi – VİDEO

Rusiyada kilsədə intihar edən şəxsin görüntüləri yayılıb. Hadisə Sankt-Peterburq şəhərində, Müqəddəs Məryəmin Müjdələnməsi kilsəsində qeydə alınıb.

Kadrlarda ikonaların qarşısında diz çökən kişinin xaç çəkdikdən sonra silahını çıxararaq özünü başından güllələdiyi görünür.

Bildirilir ki, kilsə gözətçisi dərhal polisə müraciət edib, 31 yaşlı yaralı dərhal xəstəxanaya aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.