Şəkidə 31 yaşlı şəxs mənzilində ölüb.
Yenicag.az-ın məlumatına görə, rayonun Baş Zəyzid kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Kamran Rəcəb oğlu İsgəndərov yaşadığı evdə yataq otağındakı çarpayının üzərində arvadı Səfa İsgəndəriva tərəfindən ölmüş vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, üzərində heç bir zorakılıq əlamətləri və hər hansı bir xəsarət aşkarlanmayıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır./APA/