31 yaşlı kişi özünü bıçaqladı

bicaqnozh-14657149255Bakı sakini özünü bıçaqlayıb.

Hüquq-mühafizə orqanlarından “Report”a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda, Kaçalov küçəsi ev 14, mənzil 5 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdü Zakir Əliyev naməlum şəraitdə qarın nahiyəsindən özü-özünə bıçaqla xəsarət yetirib. Z.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.