Zaqatala sakini intihar edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb.
Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.