Fransa ötən il 9 milyard avrodan çox silah satıb

Fransa ötən il 9,1 milyard avroluq silah satıb.

Yenicag.az xəbər verir ki, bu rəqəm hökumətin parlamentə bu gün təqdim etdiyi illik hesabatda yer alıb.

Sənədə əsasən, Fransanın xarici ölkələrə satdığı silahların sayı 2018-ci ildə 2017-ci ilə nisbətən 30 faiz artıb. Bunlar arasında hər növ silah növü olub və dünyanın bütün qitələrinə satılıb. Silahların 50 faizini Yaxın Şərq, 15 faizini isə Asiya-Sakit okean regionu ölkələri alıb.

Fransanın ən çox silah satdığı ölkə Qətər olub. Rəsmi Doha Parisdən 11 milyard avroluq silah alıb./Report/