Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 26-sı uşaq olmaqla, 103 nəfər dinc əhali öldürülüb.
“Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq, bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir,” deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Rupert Kolvill Cenevrədəki toplantıda deyib.
Yenicag.az xəbər verir ki, hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsəd qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub./APA/