32 ildən sonra çempion oldular

Futbol üzrə İsveçrə Super Liqasında da mövsümün çempionu bəlli olub.

Yenicag.az xəbər verir ki, “Yanq Boyz” 32-ci turda “Lüzern”i 2:1 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, bu, “Yanq Boyz”un 32 ildən sonra qazandığı çempionluqdur. Komanda son olaraq 1985/86 mövsümündə qızıl medala sahib çıxıb.