32 ildən sonra GÖRÜŞ: Xalq artisti duyğulu anlar yaşadı – VİDEO

Xalq artisti Gülyanaq Məmmədova kövrək anlar yaşayıb.

Yenicag.az xəbər verir ki, müğənni 32 il sonra sinif yoldaşları ilə görüşüb. Sənətçi Şəki şəhərində baş tutan görüşdən olan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

O, videonu “Gülyanaq Məmmədovanın 32 il sonra sinif yoldaşları ilə görüşündən. Görüş doğma Şəkimizdə” şərhi ilə təqdim edib.

Qeyd edək ki. Gülyanaq Məmmədova 1973-cü ildə Şəkinin Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə təhsil alıb və məktəbin ən məşhur məzunlarından biridir.

Videonu təqdim edirik:

Cəvahir