32 milyonluq İXRAC: DGK açıqladı

Yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunan propilenin sopolimerlərinin (ilkin formalarda) həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Yenicag.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 20,1 min ton propilenin sopolimerləri ixrac olunub.

Bildirilib ki, ixrac olunan məhsulun dəyəri 32 milyon ABŞ dolları təşkil edib.