32 nəfər SAXLANILDI – RƏSMİ

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, iyunun 20-də törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.