Goranboyda intihar hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Todan kəndində yaşayan, Xocalıdan olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Verdiyev Ruslan Aqil oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.