32 yaşlı kişini küçədə döyüb bıçaqladılar – Bakıda

Bakıda 32 yaşlı kişi küçədə döyülüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu Nizami rayonu, Qara Qarayev prospekti 39 saylı ünvanın qarşısında gedərkən iki nəfər tanımadığı şəxs onun yolunu kəsərək mübahisə edib.

Mübahisə nəticəsində naməlum şəxslər M.Vəliyevi döyərək bıçaqlayıb və hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalar aparılır. /trend.az/