Fətullah Güləndən Ərdoğana Soma mesajı


gulen-erdogan“Onlar halal ruzini qan tər içində evlərinə aparırdılar”

ABŞ-da yaşayan Fətullah Gülən Soma faciəsi ilə bağlı başsağlığı verib.

YENİCAG.AZ xəbər verir ki, başsağlığında deyilir:

“Ailələrinin ruzisini təmin etmək məqsədilə ən çətin şərtlərdə çalışır, ən halal ruzini qan tər içində evlərinə aparırdılar. Heç bir söz onları itirməyin acısını ifadə edə bilməz və təsəlli etməz. Gözümüzdəki yaşlarla onların kədərinə şərik olmaq, dua edib, Allaha yalvarmaqdan başqa əlimizdən bir şey gəlmir.

Somada vəfat edən mədənçilərimizə Allahdan rəhmət və bağışlama, yaralılara şəfa, ailələrinə səbr niyaz edirəm. Hələ də yer altında qalanların bir an əvvəl qurtarılması ümidi ilə millətimizə başsağlığı diləyirəm. Allah, başqa müsibətlərdən qorusun”.

Başsağlığında “halal ruzi”yə diqqət çəkilməsi 17 dekabr rüşvət əməliyyatından sonra AKP-Camaat savaşını ağıllara gətirdi. Çünki o zamankı məşhur “bəddua”lı çıxışında da halal qazanca diqqət çəkilmişdi.

 

COP29