Bakıda 19 yaşlı gənc itkin düşdü

Bakıda 19 yaşlı gənc itkin düşüb.

Yenicag.az-ın xəbərinə görə, hadisə sentyabrın 19-da qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Əsəd Cəfərov Nizami rayonu, Ş.Mirzəyev küçəsi 70 ünvanında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.