!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

329 saylı məktəb "donur" - Valideynlər ayağa qalxdı

!Reklam – Yazi

Havaların soyuq keçməsi bir sıra dövlət müəssisələrində problemlərə yol açıb. Yeniçağ.az-a daxil olan məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsi 329 nömrəli tam orta məktəbdə istiliklə bağlı problem yaranıb. Valideynlərin sözlərinə görə, bir neçə gündür ki, istilik sisteminin işləməməsi səbəbindən uşaqlar dərslərdə üst geyimləri ilə otururlar. Şikayətçilər onu da qeyd ediblər ki, əgər qısa zamanda məktəbin qazanxanası təmir edilməsə, şagirdlər xəstələnəcəklər və bu da dərsə davamiyyəti aşağı salacaq.

Qeyd edək ki, 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə 329 saylı tam orta məktəbin açılışı olub. Burada dövlət başçısına məlumat verilib ki, təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib, istilik sistemi qurulub, müasir qazanxana tikilib.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan 329 saylı tam orta məktəbin direktoru Təhminə Əsədova bildirib ki, Bakıda qarlı-şaxtalı havaların keçməsi məktəbə təsirsiz ötüşməyib. Onun sözlərinə görə, Badamdar qəsəbəsi paytaxtın digər ərazilərindən fərqli olaraq, şəhərin daha yüksək ərazisində yerləşdiyi üçün qazanxananın fəaliyyətində problemlər yaranıb:

“Belə ki, məktəbin qazanxanasına gedən su borusu partlayıb. Su borusundakı problem dünən aşkar edilib. Bu gün isə yaranmış problemlə əlaqədar olaraq, Bakı şəhər Təhsil İdarəsinə müraciət etdik. Çox güman ki, tədbir görüləcək”.

Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Rəhim Quliyev isə açıqlamasında 329 saylı tam orta məktəbin qazanxanasındakı problemlə bağlı məlumatlı olduqlarını deyib. Onun sözlərinə görə, artıq Təhsil Nazirliyinə də müraciət edilib:

“Yəqin ki, nazirliyin təmir briqadası var. Və güman edirəm ki, onlar da problemi tezliklə aradan qaldıracaqlar”.

Bəxtiyar
Yeniçağ.az

www.yenicag.az

2555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv