İmişli rayonunda 33 yaşlı kişi intihar edib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Nihad İltifat oğlu Əhmədov özünü yaşadığı evdə asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.