33 yaşlı kişi intihar etdi – İsmayıllıda

İsmayıllıda intihar hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Şahin Mamed oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./Apa/