Tovuz rayonunda dəm qazından zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əlimərdanlı kənd sakini, 1983-cü il təvəllüdlü Şəhla Yusibova yaşadığı evdə zəhərlənib. Qadın dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Yenicag.az