34 yaşlı gənc küt alətlə qətlə yetirildi

meyit_y5Axşam saatlarında Ağstafa rayonunda qətl hadisəsi baş verib.

“Report”un Şimal-Qərb bürosu məlumat verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur. Hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.