34 yaşlı kişi özünü binadan atdı

Bakıda 34 yaşlı kişi özünü binanın üçüncü mərtəbəsindən yerə ataraq intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Rəşid Behbudov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü E.Məcidov eyvana çıxaraq özünü yerə atıb. E.Məcidov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, E.Məcidov ailəlidir və onun 1 övladı var.

Yeniçağ.az