Azərbaycandan Aydın Doğana etirazlar…

1753890-23320824Elşən Musayev: “Doğan qrupu birbaşa Azərbaycana qarşı olan, Almaniyada məskunlaşan qrupların himayəsindədir”

Azər Həsrət: “Aydın Doğan və onun rəhbəri olduğu holdinqin Türkiyə, Azərbaycan, ümumilikdə bütün türk dünyasına münasibəti həmişə soyuq olub”

Son zamanlar Türkiyənin ən zəngin şəxslərindən biri olan, “CNN Türk”, “Kanal D”, “Euro D” kimi nüfuzlu telekanalları, “Hürriyet”, “Posta”, “Radikal” kimi bir çox media orqanlarını nəzarətdə saxlayan Aydın Doğanın anti-türk və anti-azərbaycan fəaliyyətini gücləndirdiyi hiss olunur. Bu şəxs nəzarətində olan media vasitəsilə əsas etibarı ilə Türkiyə və Azərbaycanı hədəfə alıb. Hətta onun Fətullah Gülənə yaxın olduğu da söylənilir. Onun rəhbəri olduğu holdinqdə erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda digər ermənilərin olması, həmçinin Aydın Doğanın özünün erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-türk, ant-azərbaycan fəaliyyətini izah etməyə imkan verir.

Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, Doğan qrupu Almaniyanın himayəsi ilə Türkiyə və Azərbaycan əleyhinə yönələn hansısa sifarişləri icra edir: “Azərbaycana və onun əldə etdiyi uğurlara qarşı bəlli qısqanc mövqedə olan insanlar və qurumlarla həmişə rastlaşmışıq. Çox təəssüfedici haldır ki, son dövrlər ölkəmizə yönəlik piar kampaniyasına Türkiyənin bəzi mətbu orqanları da qoşulur. Təbii ki, Türkiyə və Azərbaycan dövləti və iqtidarı səviyyəsində olan münasaibətlərdə heç bir problem yoxdur. Sadəcə bəlli mətbu qurumlar var ki, onlar sifarişlə işləyir. Avropa Oyunları ərəfəsi bəlli Qərb qurupları Azərbaycana qarşı qara piar kampaniyası apardığı kimi, yəqin ki, onun bir qolu olaraq da həmin Doğan qrupunun himayəsində olan media qurumlarından istifadə etməyə çalışırlar. Bu kampaniyanın başında isə “Hürriyet” qəzeti dayanır. Bu qəzet yaxınlarda Azərbaycan rəhbərliyilə bağlı saxta materiallara əsaslanan, abstrakt mövzuda olan bir yazı dərc etmişdi. Həmin media qrupunun Azərbaycandan əslində xəbəri yoxdur. Sadəcə kimlərinsə donosları gedir, ondan istifadə edib, göydən məlumat götürüb yazırlar. Doğan qrupu birbaşa Azərbaycana qarşı olan, Almaniyada məskunlaşan qrupların himayəsindədir. Onlar da böyük pullar qarşılığında belə əsassız ittiham xarakterli yazılar yazır. Eşitdiyimə görə, bu günlərdə Türkiyə mətbuatında Azərbaycan hakimiyyətinə qarşı yazılmış həmin məxsusi yazıların hər birinə 10 min avro dəyərində pul ödənilib”.

Siyasi şərhçi Azər Həsrət də düşünür ki, Aydın Doğanın türk dünyası əleyhinə olan bu kampaniyasının arxasında türk millətinə dost olmayan qüvvələr dayanır: “Aydın Doğan və onun rəhbəri olduğu holdinqin Türkiyə, Azərbaycan, ümumilikdə bütün türk dünyasına münasibəti həmişə soyuq və mənfi olub. Acınacaqlı haldır ki, bu biznes imperiyasının arxasında türkliyə dost olmayan qüvvələr dayanır. Həmin qüvvələr də bu adamı, onun şirkətlərini idarə edir. Yəni Aydın Doğan holdinqinin türkçülüyə qarşı münasibətini əslində pərdəarxası qüvvələr müəyyənləşdirir. Aydın Doğan və ətrafında olanlar isə icraçıdır. Eyni zamanda onun etnik kimliyilə bağlı da müəyyən şübhələr var. Bilirsiniz ki, Türkiyədə türk soyadlı erməni və yəhudilərə də rast gəlmək olar. Aydın Doğan haqqında da belə fikirlər səsləndirilir. Onlar həmçinin böyük dünya güclərinin əlində olan alətlərdən biridir. Həmin o dünya gücləri Azərbaycana, Türkiyəyə qarşı hücum düyməsini basıblarsa, təbiidir ki, Doğan və onun kimi digərləri də həmin komanda əsasında hərəkət edirlər. Bu günlərdə onların Azərbaycana qarşı belə münasibətinin ortaya çıxması heç də təəccüblü deyil, gözləniləndir. Hətta Xocalı soyqırımı, 20 yanvar, 31 mart faciəsi kimi Azərbaycanın xatirə günlərində də Doğan kimilərinin nəzarətində olan media holdinqi ölkəmizə qarşı təbliğatı dayandırmayıb. İstənilən halda onlar öz davranışları ilə gerçək kimliklərini ortaya çıxarırlar”.

 

ELÇİN