Gülən-Erməni iş birliyi – Azərbaycana ermənipərəstləri kim gətirdi?

10967767_10204978986947142_1776226176_nTürkiyə müxalifəti və Pensilvanyada oturan Fətulla Güləninin məqsədi Türkiyəni xaos vəziyyətinə sürükləməkdir.

Yenicag.az xəbər verir ki, bunu, Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bəyan edib.

Davudoğlu Türkiyə müxalifətini, xüsusilə müxalifət lideri Kamal Kılıçdaroğlunu Fətulla Gülənlə əlbir olmaqda ittiham edib. Davudoğlu Kılıçdarloğlunun çıxışlarının Fətullah Gülənin “Nyu-York Times” qəzetində dərc edilən məqalələri ilə eyni olmasına da diqqət çəkib.

“Diqqət yetirin, “Nyu-York Times”da dərc olunan məqalədə müsəlman olmayan azlıqların haqlarının pozulduğu iddia edilir. Niyə? Çünki 24 aprel yaxınlaşır. Vaşinqtonda lobbilər hərəkətdədir. Erməni lobbisi hərəkətə keçib, yəhudi lobbisi onsuz da hərəkətdə idi. Biz də bəyan edirik ki, Fələstin işğal altında qaldıqca, biz də bütün lobbilərin qarşısında dayanmağa davam edəcəyik” – deyə Əhməd Davudoğlu fikrinin açıqlayıb.

Bu gün “Milliyyət” qəzetinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Fətullah Gülənlə bağlı fikirlər səsləndirib. Ərdoğan qeyd edib ki, Gülən hərəkatı Türkiyəyə PKK-dan daha böyük zərər yetirir.

Qeyd edək ki, Gülənin erməni diasporu ilə bərabər hərəkət etməsi ilk dəfə səslənmir və bu ciddi faktlara söykənir. Daha öncə illərlə Gülənin yanında olan yazar Ahmet Taşgetiren “Star” qəzetindəki köşəsində “CamİA”nın Ərdoğan düşmənçiliyinin getdikcə Türkiyə düşmənçiliyinə çevrildiyinə diqqət çəkmişdi:  “2015-ci ildə erməni diasporunun planlaşdırdığı ‘Türkiyə əleyhdarı’ hərəkətlərlə paralellik qurmaqdan çəkinməyən bir “Camaat dili”nin ortaya çıxıb və bu o camaatın içindəki parçalanmanı sürətləndirəcək”.

Eyni zamanda Kerriyə Türkiyəni şikayət edən muzdlu konqressmənlər tutan gülənist təşkilatın (Turkish American Alliance) “erməni soyqırımı”nı dəstəkləyən senator və konqressmenlərə də pul yardımı etdiyi üzə çıxmışdı.

ABŞ Federal Seçki Komissiyasının rəsmi məlumatlarına görə, 2006-2012 illəri arasında həm Respublikaçı Partiyanın həm də Demokrat Partiyasının namizədlərinə 1,5 milyon dollardan çox hədiyyə edən Alyansın dəstək verdiyi şəxslər arasında “Türkiyəni terrorçular idarə edir” deyən Texas valisi Rick Perry də vardı.

Qeyd edək ki, hələ bir müddət öncə Fətullah Gülənin Azərbaycandakı fəaliyyətləri ilə bağlı yazısında baş redaktorumuz Aqil Ələsgər ABŞ-dakı gülənistlər bağlı bu məqamlara toxunmuşdu:

“Belə ki, TUSKON və TUSİAB-ın dəstəyi ilə yaradılan və azərbaycanlıların ön planda olduğu “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi bir müddət öncə ABŞ-dan iki qonaq dəvət etmişdi. Bunlardan biri Türk-Amerika Ticarət Odası başqanı Cəlil Yaka, digəri isə Nyu-York şəhərində vəkillik edən Rəmzi Güvənc Kulen idi. Gördüyünüz kimi, ilk baxışda yeni qurulan bir qurum üçün böyük naliyyətdir. Lakin araşdırdıqda qarşımıza nə çıxsa yaxşıdır. Türk-Amerika Ticarət Odası başqanı Cəlil Yaka Fətullah Gülənin Amerikadakı şirkətlərinin başında dayanan əsas adamlardan biridir. Amerikan açıq kəşfiyyat saytlarında “Gülənist təşkilatlar”ın başında Türk-Amerika Ticarət Odasının və onun başqanı Cəlil Yakanın adı var. “İpək Yolu”nun təqdimat konfransında iştirak edən və bu qurumla əməkdaşlıq müqaviləsi imzalayan TUSKON başqanı Rizanur Meralın Amerikadakı əsas partnyoru da bu quruluşdur. Gülənin dünya üzrə biznes imamı Rizanur Meral kimi Amerika imamlarından Cəlil Yakanın Azərbaycanda görüşdüyü üç nöqtə var idi: TUSİAB, “İpək Yolu” və Camaatın Azərbaycandakı Media İmamı Hüseyin Dinləməz. Bu görüşlərlə bağlı məlumat istəyənlər Türk-Amerikan Ticarət Odasının rəsmi səhifəsinə baxa bilərlər(http://turkicamericanalliance.org/).

Bitmədi… Cəlil Yaka ilə birlikdə Azərbaycana gələn “tanınmış vəkil” isə ABŞ-ın “erməni soyqırımı”nı tanımaq haqqında təklifini hazırlayan New Jersey Senatoru Robert Menendezə dəfələrlə maddi yardım etmiş birisidir. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, Senatorun hesabına “Kulen Law” Hüquq Firmasının adı ilə vəkil Remzi Güvenç Külen tərəfindən 03 fevral 2012-ci ildə 2 min 500 dollar; 29 noyabr  2011-ci ildə min 500 dollar pul yatırıldı. New Jerseydə  miqrasiya və yaşıl kartla bağlı hüquqi xidmət verən “Kulen Law” Firmasının sahibi, vəkil, eyni zamanda Gülən Camaatının rəsmi orqanı sayılan “Zaman” qəzetinin ABŞ-dakı təmsilçisi “Zaman Amerika”da miqrasiya məsələləri üzrə yazılar yazır”.

Həmin məqalə: https://yenicag.az/?p=27229

ipekyolu