“Fətullah Gülənin imamları” ölkədən deport edilir? – Özəl

mmmmmmçmçAzərbaycandan çıxarılacaqlar arasında Enver Özeren və Bahri Topuzun da adı var

Ölkədə iki aydan bəri davam edən Gülən camaatına qarşı mübarizədə konkret addımlar atılmasına hazırlaşılır. Azərbaycanlı “nurçu”ları vəzifədən uzaqlaşdırma ilə kifayətlənməyən dövlət Gülən camaatının Azərbaycandakı əsas adamlarını da ölkədən göndərməkdə qərarlıdır.

Yenicag.az Azerinfo.org-a istinadən bildirir ki, Miqrasiya Xidməti vizası başa çatan bir neçə böyük “nurçu”nu ölkədən deport edəkcək.

Bu barədə verilən xəbərdə deyilir ki, Ərdoğanın Bakı səfərində azərbaycanlı “hizmət”çilərlə yanaşı, Bakıda fəaliyyət göstərən türklərin də adı verilib. İşin maraqlı tərəfi budur ki, Ərdoğan həmin vətəndaşlarının deport edilməsini istəyib.

Deport edilməsi istənilən şəxslər arasında “Çağ Öyretim” şirkətinin başqanı Enver Özeren, Qafqaz Universitetinin rektoru Ahmed Sanıç, Camaatın iş sektorundakı imamı Bahri Topuz və daha beş şəxsin adı var.

Bu şəxslərin qısa müddət içərisində ölkədən çıxarılması gözlənilir. Maraqlıdır ki, Prezident bu məsələnin qısa müddət ərzində həllini tapşırsa da, bəzi məmurların bu deportun ölkə üçün müsbət nəticə doğurmayacağını bəhanə gətirərək, prossesi uzatmaq niyyətindədirlər.

 

COP29