Çində daha 17 nəfər koronavirusun indiyədək aşkar edilməmiş yeni növünə yoluxub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanlardan 3-ünün vəziyyəti ağırdır.
İndiyənə qədər koronavirusun yeni növünə 62 yoluxma faktə qeydə alınıb. Onlardan 19-u artıq xəstəxanadan evə buraxılıb.
Çinin Uxan şəhərində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanlardan ikisi vəfat edib.
Daha 3 yoluxma hadisəsi isə Tayland və Yaponiyada qeydə alınıb.
Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər.
Qeyd edək ki, Çində virusa yoluxanların sayı 52 nəfərə çatıb.