Gülənin sponsor olduğu təşkilat qatil Qorbaçova sülh mükafatı verdi- “Qandi” mükafatının pərdəarxası…

yenicag_qorbaçovBu gün Azərbaycan mediasının bir sıra aparıcı saytlarında bir xəbər yayıldı: “Dünyanın ən əhəmiyyətli sülh mükafatlarından olan “Qandi King İkeda Sülh Mükafatı” bu il Gülən Hərəkatının lideri Fəthullah Gülənə verilib. Mərasimdə danışan mərkəzin direktoru Lourens Karter mükafatın ilk dəfə müsəlman dini liderinə verildiyini deyib: “Bu gün bu mükafatı ənənəvi islam təlimini dünyaya yayan və 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə terror hücumundan dərhal sonra “Vaşinqton Post” qəzetinə verdiyi müsahibə ilə dünyanı sülhə səsləyən Fəthullah Gülənə verməkdən qürur duyuruq.

Xatırladaq ki, Gülənin layiq görüldüyü bu mükafata daha öncə SSRİ-nin ilk Prezidenti Mixail Qorbaçov, Cənubi Afrika lideri Nelson Mandela və başqa tarixi şəxsiyyətlər layiq görülüb”.

Yenicag.az bu xəbərin izinə düşdü. Çünki mükafatın və təşkilatın adının ilk dəfə eşidilməsi ilə bərabər bu xəbərin “Zaman”ın mətbəxində hazırlandığı şübhə doğurmurdu. Bunun birinci işarəsi Güləni əsl adı-Fətullah ilə yazan medianın Camaatın ağzı ilə-FətHullah olaraq, adlandırmaları idi. Rəsmi adında “H” hərfi olmamasına rəğmən, Gülən camaatı öz imamları “Allahın fəthi” adlandırmaq üçün bu hərfi adına əlavə ediblər.

İkinci məqam isə xəbəri hazırlayıb servis edənlərin mükafat alanlar arasında Qorbaçovun adını unutmaları idi. Belə ki, “Zaman”ın Azərbaycan versiyasında Qorbaçov adı çıxarılsa da, “Zaman”ın türk versiyası və “Cihan” Xəbər Agentliyinin xəbərlərində əli azərbaycanlıların qanına batmış Mixail Qorbaçovun adı qalıb. Hətta Qorbaçov tarixi şəxsiyyət adlandırılıb. Yəni, yazını Azərbaycan mətbuatına ötürən bu ölkə reallıqlarını bilməyən şəxs, böyük ehtimalla Türkiyə vətəndaşı olub. “Zaman Azərbaycan” isə bu məsələdə daha tədbirli tərpənib və Gülənə verilən mükafatın Qorbaçova verildiyini yazmayıb.

4534Gülənə bu mükafatı verən təşkilatla bağlı isə şok gerçəkləri türk mediası araşdırıb üzə çıxarıb. Bəlli olub ki, “qonorar” verərək, bir sıra senatorların adından Gülən haqqında müsbət yazı yayımlayan Camaat bu dəfə də eyni oyundan istifadə edib. Belə ki, mükafatı verən təşkilat komitəsi 4 təşkilatdan ibarətdir. Bu təşkilatlardan biri – Barış Öyrənmə və Dialoq Mərkəzi (İkeda Center For Peace Learning and Dialogue) Gülən Şəbəkəsinə bağlıdır.  Yəni, Gülən sponsorluq etdiyi təşkilatın təşkil etdiyi tədbirdə mükafat alıb.

1428680351532Mükafatın verilmə səbəbi də gülməlidir: 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə terror hücumundan dərhal sonra “Vaşinqton Post” qəzetinə verdiyi müsahibə ilə dünyanı sülhə səslədiyinə görə.

Adamdan soruşmazlarmı ki, 14 il öncə haradaydınız ki, Qorbaçovdan, Mandeladan qabaq bu adamın məqaləsinə görə, təşəkkürü 14 il sonra edirsiniz. Ya, bu 14 ildə bu kişinin başına bir iş gəlsəydi, Qandi, King və İkedanı birləşdirib, hara göndərəcəkdiniz?

Qısacası, Gülən Şəbəkəsi Türkiyədə ard-arda açılan məhkəmə davalarından sonra imic təmizləmək üçün belə bir addım atıb. Məqsəd son 2 ildə itirilən etibarın geri qaytarılması və hələ də ABŞ-da güclü olduğunu nümayiş etdirmək. Lakin böyük təmtəraqla, “dünyanın ən əhəmiyyətli sülh mükafatı” olaraq təqdim edilən mükafatın sabun köpüyü olduğu qısa zamanda anlaşıldı. Nə yazıq ki, hələ də Azərbaycan mediasında öz güclərini qoruyub saxlayan fətullahçılar Gülənə qarşı ən sərt münasibəti göstərən media qurumlarında belə istədiklərini etməyə gücləri çatır. Bacarmasalardı, heç kimin tanımadığı bir təşkilatın, adını ilk dəfə eşitdikləri mükafatı “dünyanın ən əhəmiyyətli sülh mükafatı” olaraq təqdim edilməzdi.

Yenicag.az