İngiltərədə yaşayan Kari Hilton adlı 35 yaşlı qadın “gənc nənə” adı qazanıb.
Yenicag.az xəbər verir ki, Hilton 17 yaşında ana olub. Qızının da 18 yaşında uşaq dünyaya gətirməsinin ardından o, “gənc nənə” adını qazanıb.
Xarici görünüşü ilə də diqqət çəkən qadın bir sıra plastik əməliyyat keçirdiyini deyib. Eyni zamanda kikboksinq müəllimi olan Karri media firmasında satış müdürü olaraq çalışır.